68 yaşlı kişi qoz ağacından yıxılaraq öldü

Şəkidə 68 yaşlı kişi qoz ağacından yıxılaraq ölüb.

Hadisə günorta saatlarında rayonun Qudula kəndində baş verib. Kənd sakini 1956-cı il təvəllüdlü Nəşad Nizaməddin oğlu Cumayev qoz ağacından yıxılıb.

Ağır bədən xəsarətləri alan N. Cumayev hadisə yerində ölüb.

Faktla bağlı Şəki rayon prokurorluğunda araşdırma aparılır.

Related posts

Azərbaycanda “Kərimə dövləti” qurmaq istəyənlərə hökm oxundu

Ermənistanda hərbi maşın qəzaya düşdü: 1 ölü, 3 yaralı

Sabirabadda 16 yaşlı gəlin NİYƏ ÖLDÜRÜLDÜ? – Bakı sakinlərindən ŞOK CAVABLAR