“Miss Switzerland 2007” gözəllik müsabiqəsinin finalçısı, məşhur model Kristina Yoksimoviçin qətliamının təfərrüatları məlum olub.
Bu barədə “The New York Post” məlumat yayıb.
38 yaşlı Yoksimoviçin parçalanmış qalıqları fevral ayında evində tapılıb. Qətldə əsas şübhəli onun əri Tomas bilinir.
O, əvvəlcə artıq həyat əlamətləri olmayan bir qadın cəsədi ilə rastlaşdığını və panikadan camaşırxanada onu parçaladığını iddia edib.
Mart ayında Tomas hələ də cinayəti etiraf etməyib, lakin bildirib ki, Yoksimoviç əvvəlcə ona bıçaqla hücum edib və o, yalnız özünümüdafiə məqsədilə hərəkət edib. Məhkəmə-tibbi ekspertizası onun ifadəsini təkzib edib.
Polis Joksimoviçin dekupaj, bağ qayçısı və bıçaqla parçalandığını müəyyən edib. Kişi onun bədəninin bir neçə hissəsini blenderdə əzib və sonra kimyəvi məhlulda həll edib.
Məlum olub ki, Tomas əvvəllər də həyat yoldaşına qarşı zorakılıq edib. Məhkəmədə həmin adam empatiya göstərə bilməyən soyuqqanlı bir insan kimi təsvir edilib.
Yoksimoviç “Miss Northwest Switzerland” tacını qazanıb və “Miss Switzerland” finalından sonra moda nümayişlərinə model hazırlamaq üçün biznes layihəsi açıb. 2013-cü ildə o, Kainat gözəli müsabiqəsində model Dominik Rinderknextə mentorluq edib. Ondan iki qızı yadigar qalıb.(Publika.az)