Rejissor Vasif Babayev şəxsi videokamerasını Azərbaycan Dövlət Film Fondunun muzeyinə hədiyyə edib

Xalq artisti, rejissor Vasif Babayev Azərbaycan Dövlət Film Fondunun qonağı olub.

Fonddan bildirilib ki, Vasif Babayev qorunub saxlanılması üçün şəxsi videokamerasını Fondun muzeyinə hədiyyə edib.

Sözügedən videokamera vasitəsilə rejissorun yaradıcılığının son illərində lentə alınan filmlər ərsəyə gəlib.

Qeyd edək ki, Xalq artisti Vasif Babayev Azərbaycanda televiziya rejissorluğu məktəbinin qurucularından biri, “Sahil bağı”, “Qızılı yamaclar”, “Xuraman”, “İçərişəhərin əbədi nağılı”, “Yüksəliş” və s. filmlərin rejissorudur. Bir neçə nəsil televiziya işçilərinin yetişməsində onun bilavasitə əməyi olub. Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsüdür.

Related posts

Çin Amerika filmlərinin nümayişini dayandıracaq

Bu gün Xalq artisti Sidqi Ruhullanın doğum günüdür

“Azərbaycan muğamı” layihəsi çərçivəsində növbəti konsert