Dövlət Dumasının sədri Vyaçeslav Volodin Rusiya Federasiyasında miqrasiya siyasəti məsələlərinin tənzimlənməsinə yönəlmiş qanunvericilik təşəbbüslərinin hazırlandığını açıqlayıb.
O, “Rossiya-24” telekanalına (VGTRK) müsahibəsində bildirib ki, işləməyə gələn şəxs özü ilə ailə üzvlərini gətirə bilməz.
Onun sözlərinə görə, müvafiq qanunvericilik təşəbbüsü hazırlanır və belə bir anlayış var ki, deputatların əksəriyyəti bunu mütləq dəstəkləyəcək.
O, vətəndaşlıq almaq üçün evliliyə sərf olunan vaxtın artırılması təşəbbüsünü də açıqlayıb.
“Əvvəllər bu (Rusiya vətəndaşı ilə ailə həyatı qurmaqla vətəndaşlıq almaq – red.), bir il idisə, indi iki il təklif olunur. Bu məsələni əlavə də müzakirə edəcəyik. Ola bilsin ki, iki, üç, yaxud dörd il olsun. Bu, yalnız evliliyi daha da gücləndirəcək. Əgər bu, nikahdırsa, məhəbbətdirsə, saxta evlilik deyilsə”, – Volodin bildirib.
Onun sözlərinə görə, müvafiq qanun layihəsi artıq birinci oxunuşdan keçib.