Velosiped zolaqları ilə bağlı problemin səbəbi – RƏSMİ AÇIQLAMA

Sosial şəbəkələrdə vətəndaşlar bəzi ərazilərdə velosiped zolaqlarının peşəkar formada salınmamasından şikayət edir. Bu formada salınan zolaqların həm avtomobil sürücüləri, həm də velosipedçilər üçün çətinlik yaratdığını bildirirlər.

Mövzu ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) ilə əlaqə saxlayıb.

Qurumdan bildirilib ki, sözügedən ərazidə mikromobillik zolağının təşkili istiqamətində işlər tam yekunlaşmayıb:

“Ərazidə tikinti işləri yekunlaşandan sonra mövcud problem kimi görünən məsələlər də həllini tapacaq”.

Related posts

Qumadası yaşayış massivində niyə məktəb və bağça yoxdur? – VİDEO

Sumqayıtda məktəb direktoru şagirdlərdən pul tələb edib? – Fakt araşdırılır

Vüqar Əhmədov Beyləqanda vətəndaşları qəbul edib