Ana səhifə XəbərlərGüney İranlı deputat: Tehran Moskvaya sərt xəbərdarlıq etməlidir

İranlı deputat: Tehran Moskvaya sərt xəbərdarlıq etməlidir

admin

İran parlamentinin deputatı Rusiyanı Ermənistan və Azərbaycanın işlərinə qarışmasını qəbuledilməz hesab edib.

İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvü Fəda Hüseyn Mələki Rusiyanın Zəngəzur dəhlizi ilə bağlı mövqeyini tənqid edərək, Rusiyanın bu dəhlizlə bağlı iddialarının İran xalqı və parlamenti üçün  qəbuledilməz olduğunu bildirib. “Bu baxımdan  İran Xarici İşlər Nazirliyi  bununla bağlı Rusiyaya sərt xəbərdarlıq etməlidir”, – o qeyd edib.

O eyni zamanda bildirib ki, bu gün  İran  Ukraynadakı müharibədə Rusiyanın tərəfini tutmaqda ittiham olunduğu bir zamanda  Moskva isə öz növbəsində İranın üç adasının (Böyük və Kiçik Tunbs və Əbu Musa ) Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) aid hesab edir.
İranı deputatin sözlərinə görə,  Rusiya Azərbaycan və Ermənistanın işlərinə qarışır ki, bu da İran üçün qəbuledilməzdir və onlara xəbərdarlıq edilməlidir.

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00