434
İran prezidentinin mətbuat konfransında maraqlı anlar yaşanıb.
Tədbirə qatılan jurnalist “əxlaq polisi”nə yaxalanmamaq üçün ara yollardan keçdiyini bildirib.
Məsud Pezeşkian isə cavabında deyib: “Əxlaq polisi” sizi yenidən narahat edir? Onlar bunu etməli deyildi. Mən araşdıracağam!”
Xatırladaq ki, BMT ötən həftə İranda qadınların hicabdan düzgün istifadə olunmaması səbəbindən cəzalandırılmalarına görə xəbərdarlıq edib.
“Əxlaq polisi” qadınların işinə qarışmamalıdır. Mən məsələyə nəzarət edəcəyəm ki, qadınları narahat etməsinlər”, – Pezeşkian bildirib.