İranda sərnişin avtobusu aşıb: 10 ölü, 41 yaralı

İranın Yəzd-Tebes avtomobil yolunda sərnişin avtobusu aşıb.

Qəza nəticəsində 10 nəfər ölüb, 41 nəfər yaralanıb.

Məlumata görə, gecə saat 02:20 radələrində Buşəhr-Məşhəd istiqamətində hərəkət edən sərnişin avtobusu sürücünün ehtiyatsızlığı ucbatından aşıb.

Yaralılar sağlamlıq qrupları tərəfindən ətraf xəstəxanalara çatdırılıb.

Related posts

İranda üç türk zindanda edam edildi

Azərbaycanda “Kərimə dövləti” qurmaq istəyənlərə hökm oxundu

Ermənistanda hərbi maşın qəzaya düşdü: 1 ölü, 3 yaralı