İsrail və İrana uçuşlar dayandırıldı

Lufthansa Qrupuna məxsus aviaşirkətlər sentyabrın 19-dək Təl-Əviv və Tehrana uçuşları dayandırıb.

“Təhlükəsizlik vəziyyətindəki son dəyişikliklə əlaqədar olaraq, Lufthansa Group aviaşirkətləri Təl-Əviv və Tehrana bütün uçuşları dərhal dayandırmaq qərarına gəliblər. Bu qərar sentyabrın 19-u daxil olmaqla qüvvədədir”, – aviadaşıyıcının açıqlamasında bildirilir.

Qeyd edilir ki, bu müddət ərzində bütün Lufthansa Group aviaşirkətləri İsrail və İranın hava məkanından yan keçəcək.

“Lufthansa Qrupu vəziyyəti yaxından izləməyə davam edir və yaxın günlərdə daha ətraflı qiymətləndirmə aparacaq”, – aviaşirkətin məlumatında deyilir.

Qeyd edək ki, Lufthansa Tel-Əvivə uçuşları sentyabrın 5-də bərpa etmişdi. Beyruta uçuşlar isə oktyabrın 15-nə kimi dayandırılıb.

Related posts

Petrosyan Çingiz xanın sözlərini paylaşdı: İrəvanda təşviş…

Kreml: Vəziyyət çox gərgindir

Ağ Evdən Harrislə bağlı AÇIQLAMA