491
İranın yeni Prezidenti Məsud Pezeşkian sentyabrın 18-də sünni müsəlman azlığın nümayəndəsini Kürdüstan vilayətinin qubernatoru vəzifəsinə təyin edib.
Araş Zərehtan ölkənin qərb vilayətinin başçısı təyin edilib. Bu barədə agentliyə İran hökumətinin sözçüsü Fatimə Muhacerani məlumat verib.
Sünnilər rəsmi dövlət dini şiəlik olan İran əhalisinin təxminən 10 faizini təşkil edir. Onlar inqilabdan sonra çox nadir hallarda əsas hakimiyyət vəzifələrinə təyin olunublar.
Pezeşkian seçki kampaniyası zamanı etnik və dini azlıqların, xüsusilə də sünni kürdlərin mühüm vəzifələrdə təmsil olunmamasını tənqid edib. O, avqust ayında sünni azlığın başqa bir üzvünü – Əbdülkərim Hüseynzadəni vitse-prezident vəzifəsinə təyin edib.