Pezeşkianın kürəkəninə yüksək vəzifə verildi

İran prezidenti Məsud Pezeşkianın kürəkəni Həsən Məcidiyə yüksək vəzifə verib.

Məcidi İran Prezident Administrasiyasının rəhbərinin icraçı köməkçisi vəzifəsinə gətirilib.

Qeyd edək ki, Həsən Məcidi İran prezidentinin qızı Zəhra Pezeşkianın həyat yoldaşıdır. O, maliyyə ekspertidir və əvvəllər özəl şirkətdə işləyib.

Məcidi bir neçə gün əvvəl Pezeşkianla birgə İraqa səfər edib.

Related posts

Prezident Fərzanə Sadiqi ilə Araz üzərində körpünün tikintisindən DANIŞDI

İlham Əliyev İranın yol və şəhərsalma nazirini qəbul etdi

İranlı nazir BUNA GÖRƏ Bakıya gəlir