Azərbaycan serialındakı bu səhnə 7 günə çəkilib – VİDEO

İTV-də yayımlanan “Vətəndaş A” serialı ilk bölümü ilə diqqət çəkməyi bacarıb.

Erkən nikah mövzusuna toxunan layihədə bəzi səhnələr çətinliklə çəkilib.

Ekran işinin ilk bölümündə müəllimin rayona gəldiyi avtobus səhnəsi üç bölgədə – Şamaxı, Lahıc və Daşkəsəndə lentə alınıb.

Bir neçə dəqiqəlik səhnə 7 gün ərzində çəkilib.

Qeyd edək ki, Cəfər Cabbarlının ölməz “Almaz” pyesinin motivləri əsasında müasir dövrə adaptasiya formasında çəkilmiş “Vətəndaş A” serialı SFN film tərəfindən istehsal olunub. Ekran işinin prodüseri Sevinc Əliyeva, rejissoru Elvin Rüstəmzadədir.

Related posts

Zülfiyyə Qurbanova bu serialdan getdi

Pənahəli xanın ocağından görüntülər

Azərbaycanda Milli Musiqi Günüdür