Ermənistan Konstitusiya Məhkəməsi Azərbaycanla bağlı sənədə baxır

Bu gün Ermənistan Konstitusiya Məhkəməsi Ermənistan və Azərbaycanın sərhədlərin delimitasiyası üzrə komissiyalarının birgə fəaliyyəti haqqında əsasnamənin konstitusiyaya uyğunluğu məsələsinə yazılı şəkildə baxır.

Ermənistan və Azərbaycan arasında sərhədlərin demarkasiyası və delimitasiyası üzrə komissiyaların birgə fəaliyyəti haqqında imzalanan Əsasnamə sentyabrın 5-də Ermənistan hökuməti sənədin ratifikasiyasını təsdiqləyib. Həmin gün o, Konstitusiya Məhkəməsinə göndərilib.

Konstitusiya Məhkəməsinə müsbət cavab verildikdən sonra sənəd ratifikasiya üçün parlamentə göndəriləcək.

Related posts

“Ermənistan terrora çağırış, yeni müharibə hədələri ilə çıxış edir”- Video

Ermənistan sərhədə ordu yığır – İrəvan müharibə hazırlığı içində

Rəsmi Bakıdan Fransaya ŞİLLƏ KİMİ cavab: Rədd edirik!