Aktrisa Zülfiyyə Qurbanova açıqlaması ilə sükutu pozub.
Sənətçi rol aldığı “Bu şəhərdə kimsə yoxdur” serialı ilə yollarını ayırdığı haqda sosial şəbəkə hesabında məlumat yayıb.
Zülfiyyə bildirib ki, tezliklə Səadət obrazını yaratdığı “Vətəndaş A” serialı ilə tamaşaçıların qarşısına çıxacaq:
“Yeni işim “İctimai” TV-nin efirində yayımlanan “Vətəndaş A” serialıdır. “Səadətlə” (serialda yeni obrazı – red.) başlayırıq. Səadət gətirsin. Bütün heyyətə uğurlar arzu edirəm. Xoş izləmələr”.
Qeyd edək ki, “Vətəndaş A” ekran işinin rejissoru Elvin Rüstəmzadədir.