451
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində Atom Enerji üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi ilə görüşüb.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “X” səhifəsində paylaşım edilib.
Daha sonra tərəflər arasında beşillik (2024-2029-cu illər – Qeyd) AEBA ilə Texniki Əməkdaşlıq sahəsində Azərbaycan Respublikası üçün Ölkə Proqramı Çərçivəsi sənədi imzalanıb.
Qeyd edək ki, sənəd texniki əməkdaşlıq fəaliyyətləri vasitəsilə dəstəklənəcək qarşılıqlı razılaşdırılmış prioritet inkişaf ehtiyaclarını və maraqlarını müəyyən edir.