I Qarabağ müharibəsinin daha iki itkin şəhidi dəfn ediləcək

Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən daha iki şəhid dəfn olunacaq.

Bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.

Dəfn olunacaq şəhidlərdən biri hərbçi Alıyev Vaqif Sərdar oğlu, digəri isə mülki şəxs Quliyev Mirzəli Müslət oğludur.

Sentyabrın 26-sı V.Alıyev Gəncə şəhəri Şəhidlər Xiyabanında, M.Quliyev isə Xocavənd rayonu Qaradağlı kəndinin
Şəhidlər Xiyabanında dəfn olunacaqlar.

Related posts

Tanınmış politoloq vəfat etdi – FOTO

Uşaqlar arasında yayılan yeni infeksiyanın əlamətləri

Azərbaycanda əksər tələbələr nəyə görə universitet dəyişmək istəyirlər? – VİDEO