“Yuğ” Teatrının yaradıcı kollektivi Estoniyaya qastrol səfərinə yollanacaq

Azərbaycan Dövlət “Yuğ” Teatrının yaradıcı kollektivi oktyabrın 31-də Estoniyanın paytaxtı Tallin şəhərində yerləşən Vene Kultuurikeskus teatrının səhnəsində çıxış edəcək.

Teatrdan  bildirilib ki, qastrol səfəri zamanı Xalq yazıçısı Anarın “Asqılıqda işləyən qadının söhbəti” hekayəsinin motivləri əsasında hazırlanan “Asılqan” tamaşası nümayiş olunacaq. Səhnə əsərinin quruluşçu rejissoru Əbdülqəni Əliyevdir. Tamaşada əsas rolları aktyorlar Elşən Əsgərov və Ləman Mərrih ifa edəcəklər.

Səfər Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi, Karyera Təhsil Akademiyası və Teatr və konsert şəbəkəsinin dəstəyi ilə reallaşacaq.

Related posts

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə Aparat rəhbəri təyin edildi

Prezidentlə xanımı Ağdam Muğam Mərkəzinin açılışında

Yasamal rayon MKS-nin Mərkəzi Kitabxanasında Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbir keçirilib