8 Noyabr prospektindəki məhdudiyyət tam aradan qaldırıldı

Bakının Xətai rayonunda 8 Noyabr prospektində nəqliyyatın hərəkətinə qoyulan məhdudiyyət tam aradan qaldırılıb.

Bu barədə  Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Bildirilib ki, aparılan təmir işləri ilə əlaqədar Xətai rayonu, 8 Noyabr prospekti və Ramiz Quliyev küçəsinin kəsişməsindən mərkəz istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə qoyulan məhdudiyyət tam aradan qaldırılıb.

Related posts

“Şəxsiyyətlər unudulmur” – BAKININ 14 İL BAŞ MEMARI OLMUŞ ŞƏXS Featured

COP29 Blue zonada çay təminatçı “Azerçay”dır

Leyla və Arzu Əliyevalar sərgidə – FOTOLAR