İranın I vitse-prezidenti Ermənistana gedir – Pezeşkian AÇIQLADI

İranın I vitse-prezidenti Məhəmməd Rza Arefin yaxın günlərdə Ermənistana səfər edəcəyi gözlənilir.

Bu barədə ölkə prezidenti Məsud Pezeşkian bildirib.

“Xarici işlər naziri və mən Nyu-Yorkda region və dünya rəsmiləri ilə görüşərkən, iqtisadiyyat naziri Özbəkistanda Asiya ölkələrinin nümayəndələri ilə danışıqlar aparır. Yaxın günlərdə I vitse-prezident  Pakistan və Ermənistana səfər edəcək. Ümid edirik ki, bu səfərlər insanlara daha yaxşı həyat yaşamağa kömək edəcək. On dördüncü hökumət Qərbdən Şərqə, Nyu-Yorkdan Səmərqəndə qədər dünya ilə siyasi və iqtisadi diplomatiyaya can atır. Biz söz verdiyimiz kimi, Şərq və Qərblə milli maraqlar əsasında qarşılıqlı fəaliyyət göstərəcəyik”, – İran prezidenti X sosial şəbəkəsindəki mikrobloqunda yazıb.

Related posts

Pezeşkian keçmiş kəşfiyyat nazirinə yüksək vəzifə verdi

Pezeşkian Roma Papasına çağırış etdi

İranlı jurnalist Kiyanus Sandjari rejimə etiraz olaraq intihar etdi