Tülkülər aslanlıq edəndə – SATİRİK QƏZƏL

“Ədəbiyyat və incəsənət” portalı əslən Güney Azərbaycandan olan şair, AYB sədrinin müşaviri Sayman Aruzun satirik qəzəlini təqdim edir.

 

 

Güney Azərbaycan mühitini, orada olan vəziyyəti düşünərkən:

 

Vay o gündən ki, gəda bəylərə sultanlıq edə.

Sanki çaqqal it olub qoçlara oxranlıq edə…

 

Hay o gündən ki, vətən eşqinə zindan çəkəsən,

Vay o gündən ki, vətən, ruhuna zindalıq edə…

 

Bağbanı balta olan ormana ümmid eləmə,

Balta qoymz tək ağac birləşə ormanlıq edə…

 

Kapitan, sakit axan dalğaya aldanmaginan,

Qorx o gündən ki, dəniz tərpənə, tufanlıq edə…

 

Kükrə, Sayman, qəfəsi əzm ilə sındırmalısan,

İstəmirsənsə əgər tülkülər aslanlıq edə…

 

“Ədəbiyyat və incəsənət”

(27.09.2024)

Related posts

Yaşıl mandarinin bilmədiyiniz faydaları

Mən kimin nəslindənəm? – Şəcərənizi belə öyrənin

Tikinti işləri aparanların NƏZƏRİNƏ – 5 min manat CƏRİMƏLƏNƏCƏKLƏR