Fransada bıçaqlanan Vidadi İsgəndərli vəfat etdi

Fransada mühacirətdə yaşayan Vidadi İsgəndərli vəfat edib.

Bu barədə Fransada yaşayan jurnalist Qənimət Zahid məlumat verib.

O bildirib ki, 2 gün əvvəl yaşadığı evdə bıçaqlı hücuma məruz qalan V.İsgəndərli xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, sentyabrın 29-da Vidadi İsgəndərli Mülyuz (Mulhouse) şəhərində yaşadığı evdə naməlum adamların hücumuna məruz qalıb. Q.Zahid bildirib ki, Hücum edənlər səhər saat 07:30 radələrində onun yaşadığı evin pəncərəsini qıraraq içəri giriblər və Vidadi İsgəndərliyə çoxsaylı bıçaq zərbələri vurublar.

Related posts

İranda üç türk zindanda edam edildi

Azərbaycanda “Kərimə dövləti” qurmaq istəyənlərə hökm oxundu

Ermənistanda hərbi maşın qəzaya düşdü: 1 ölü, 3 yaralı