Məhəmməd İsaqov saxlanıldı – Rüşvət üstündə…

Rusiyada İstintaq Komitəsi Dağıstanın İzberbaş şəhərinin meri Məhəmməd İsaqovun saxlanıldığını açıqlayıb.

Ona qarşı xüsusilə külli miqdarda rüşvət almaqla bağlı (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 290-cı maddəsinin 6-cı hissəsi) iş açılıb.

İstintaqın məlumatına görə, 2019-cu ildə mer 3,9 milyon rubl rüşvət alıb. Belə ki, İsaqova İzberbaşda ev tikmək üçün icazənin ləğvinə görə pul verilib.

Hüquq-mühafizə orqanlarından RİA-ya verilən məlumata görə, axtarışlar onun evində, həmçinin İzberbaş administrasiyasında aparılır.

İsaqov 2019-cu ilin oktyabrında İzberbaşın rəhbəri seçilib. 2018-ci ilin dekabr ayından müvəqqəti olaraq səlahiyyətləri icra edirdi.

Related posts

Qaydanı pozaraq həyatlarına son qoyan PİYADALAR

Suda batan kişi 6 uşaq atası imiş – YENİLƏNİB

Təcili yardım maşını qəzaya uğradı: Xəsarət alanların SON DURUMU açıqlandı