İsrailin İrana hərbi cavabı bu üç əsas istiqamətdə ola bilər – “Politico”

İsrail İranın raket hücumlarına cavab olaraq Suriya və ya Yəməndə Tehranın dəstəklədiyi birləşmələrə və ya birbaşa İslam İnqilabı Keşikçiləri Korpusunun qüvvələrinə (SEPAH) zərbələr endirə bilər.

Bu barədə Amerika administrasiyasındakı mənbələrə istinadən “Politico” qəzeti yazıb.

“Prezident Co Baydenin köməkçiləri qeyd ediblər ki, ABŞ İsraillə İranın hücumuna cavab tədbirləri ilə bağlı fəal şəkildə müzakirə aparır. Bura sanksiyalar və hərbi zərbə də daxil ola bilər. Digər məsələlərlə yanaşı, İranın dəstəklədiyi birləşmələrə və ya birbaşa Yəməndə,  Suriyada SEPAH qüvvələrinə zərbə endirmə ehtimalı nəzərdən keçirilir”, – qəzet mənbələrə istinadən qeyd edib.

Məlumata görə, ABŞ administrasiyası “məhdud cavab”ın tərəfdarıdır.

Related posts

Kim Çen In orduya TAPŞIRIQ VERDİ

Şimali Koreya Rusiyaya dəstək üçün 100 minlik qoşun göndərə bilər

ŞOK! Bayden gedər ayaq Zelinskiyə icazə verdi: koreyalı əsgərlər Kurskda ATACMS-la vurulacaq