Nazirlik dörd məktəbdə təmir işləri üçün 1 milyon manat ayırdı

Azərbaycanda bir sıra təhsil müəssisələrində cari təmir işləri aparılacaq.  

Elm və Təhsil Nazirliyinin təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsi bununla bağlı hazırlıqlara başlayıb.

Cari təmir işləri Siyəzən və Xaçmaz rayonlarında ümumilikdə dörd məktəbi əhatə edəcək.

Belə ki, Xaçmaz şəhər 4 nömrəli tam orta məktəbdə, rayonun Nərəcan və Qadaşoba kənd tam orta məktəblərində, eləcə də Siyəzən şəhər 3 nömrəli tam orta məktəbdə təmir işləri aparılacaq.

Nazirlik təmir işlərini “SS İnşaat” şirkətinə həvalə edib və şirkətlə dəyəri 930.138,08 manat olan müqavilə bağlayıb.

Related posts

Yaşıl mandarinin bilmədiyiniz faydaları

Mən kimin nəslindənəm? – Şəcərənizi belə öyrənin

Tikinti işləri aparanların NƏZƏRİNƏ – 5 min manat CƏRİMƏLƏNƏCƏKLƏR