Bir neçə gündür, sosial şəbəkələrdə Xalq artisti Ağadadaş Ağayevin gəmidə “Gəl deyir” mahnısının sədaları altında rəqs edərək çəkdirdiyi görüntülər müzakirə olunur.
Xalq artistinin öz rəsmi “İnstaqram” səhifəsində həmin videonu paylaşması birmənalı qarşılanmayıb.
Paylaşıma gələn şərhlərdə Ağadadaş Ağayev linç edilib, çoxsaylı tənqidlərə tuş gəlib.
İddia olunur ki, görüntülər Qırğızıstanda Issık-Kul gölündə çəkilib.
Bu isə Xalq artistinin istintaq prosesi getdiyi halda ölkəni necə tərk etməsi məsələsini gündəmə gətirib.
Pravda.az məsələni dəqiqləşdirmək üçün Ağadadaş Ağayevin köməkçisi, eləcə də vəkilləri Asim Abbasov, Şəfa Camalzadə ilə əlaqə saxlamağa çalışsa da, mövqe öyrənmək mümkün olmayıb.
Xatırlatma: Xalq artisti Ağadadaş Ağayevlə “Medera Hospital” arasında məhkəmə prosesi davam edir. Ağadadaş Ağayev iyul ayında sözügedən klinikanın mühafizəçisinə şəxsi mübahisə zəmnində balta atıb. Mühafizəçi Nurəddin Cəlilov isə Xalq artistini döyüb. Balta klinikada çalışan qadın N.Paşayevaya dəyib, o, xəsarət alıb.