441
Ötən gün Bakıda mağazalardan birindən 170 manatlıq siqaret oğurlanıb.
Bu barədə məlumat Baku.ws-in “qaynar xətti”nə daxil olub.
Belə ki, naməlum şəxs mağazaya yaxınlaşıb və siqaret almaq istədiyini bildirib. Daha sonra o, 170 manatlıq siqaretin ödənişini etməmiş oradan uzaqlaşıb:
“Əvvəlcə kart verib ki, pulu buradan çıxın. Daha sonra kassir kartın kodunu soruşanda, “gedib soruşum, gəlirəm deyib. Kartı kassirə verib, qaçaraq marketdən uzaqlaşıb”.
Şikayətçinin sözlərinə görə, hadisə barədə polisə müraciət olunub.
Məsələ barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin baş inspektoru polis leytenantı Elbrus İbrahimov bildirib ki, görüntülərlə bağlı ərazi üzrə polis orqanında araşdırma aparılır.
Hadisə anının görüntülərini təqdim edirik: