285
Müğənni Ülviyyə Namazovanın qardaşı Vüqar Namazov bıçaqlandığı iddia edilir.
Bu barədə məlumat BAKU.WS-in “qaynar xətti”nə daxil olub.
Qeyd edilib ki, sənətçinin qardaşı Vüqar Namazın 2 gün əvvəl 5 bıçaq yarası ilə Kliniki Tibbi Mərkəzə (Semaşko) yerləşdirilib.
Məsələ ilə əlaqədar sözügedən tibb mərkəzi ilə əlaqə saxladıq.
Qurumun mətbuat katibi Ruzbeh Məmməd açıqlamasında faktı təsdiqləyib.
O, bildirib ki, hazırda Vüqar Namazovun səhhəti yaxşıdır və o yaxın günlərdə evə buraxılacaq:
“Palataya köçürülüb. Yaxın günlərdə evə buraxılması nəzərdə tutulub. Vəziyyəti stabildir”.
Məsələ ilə bağlı Ülviyyə Namazovanın özü əlaqə saxlamağa çalışdıq. İfaçının meneceri Elmar bəy saytımıza açıqlamasında məlumatı təkzib edib şaiyə olduğunu bildirdi.