Çin vətəndaşı “VMF” mağazasından saat oğurladı

Bakıda 330 min manat dəyərində saat oğurlanıb.

Hadisə Yasamal rayonunda yerləşən “VMF Continental” mağazasında qeydə alınıb.

Oraya gələn naməlum şəxs 330 min manat dəyərində olan ” Breguet” markalı qol saatını gizli yolla talayıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 177.3.2-ci (oğurluq, külli miqdarda ziyan vurduqda) maddəsi ilə cinayət işi başlanılıb.

İstintaq zamanı hadisəni törətməkdə şübhəli bilinən Çin vətəndaşı, 1977-ci il təvəllüdlü Zhang Guomin tutulub.

Hazırda istintaq davam edir.

Related posts

Azərbaycanda tanınmış iş adamının ölkədən çıxışına qadağa qoyulur

AŞPA-nın keçmiş vəzifəlisi öldü

Sabiq nazirin oğlu: 400 minlik yeyintidən xəbərim olmayıb