Parisdə Ukrayna prezidenti Vladimir Zelenski ilə Fransa prezidenti Emmanuel Makron arasında görüş keçirilib.
Zelenski ilə Makron arasında aparılan danışıqların təfərrüatları məlum olub.
Belə ki, görüş zamanı ölkə liderləri döyüş meydanındakı vəziyyəti və Ukraynanın mövqeyini gücləndirə və Avropanı qoruya biləcək məsələləri müzakirə ediblər. Silahların birgə istehsalı məsələsi də ayrıca müzakirə olunub:
“Biz bu cür əməkdaşlığı genişləndirməliyik. Biz razılaşdıq ki, bununla bağlı iş müdafiə nazirləri səviyyəsində aparılsın”, – deyə Zelenski bildirib.
Makron mətbuata müraciətində isə vurğulayıb ki, Fransa ukraynalı əsgərlərin silahlanması və təlimi ilə bağlı üzərinə götürdüyü öhdəlikləri bundan sonra da yerinə yetirəcək. Bundan əlavə, planlara birgə diplomatik işlər də daxildir. Makron xatırladıb ki, Avropa İttifaqının qarşıdan gələn sammitində Ukraynaya maliyyə yardımının ayrılması məsələsi müzakirə olunacaq.