435
Tarixçi alim Zaur Əliyev 14-cü əsrə aid xəritədə Azərbaycan adının əks edildiyini təsdiqləyən xəritə yayımlayıb.
Bu barədə o, sosial şəbəkə hesabında qeyd edib.
“Bu xəritə 1619-cu ildə latın dilinə çevrilib, 1928-ci ildə Konrad Miller xəritəni ingilis dilinə tərcümə edib və bu günə qədər Konqresin kitabxanasında saxlanılır. Xəritənin orijinalı isə 1325-ci ildən etibarən Fransada qorunur. Hazırda Fransa Milli Kitabxanasındadır.
Xəritədə Cənubi və Şimali Azərbaycan torpaqları açıq göstərilir. Bu xəritə “Azərbaycan adını Stalin yaradıb” deyənlərə növbəti cavabdır”.