Milli Məclisin sədri İsveçrədə səfərədədir

Spiker Sahibə Qafarova Parlamentlərarası İttifaqın 149-cu Assambleyasında iştirak edəcək.

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti  oktyabrın 13-də İsveçrə Konfederasiyasının Cenevrə şəhərinə işgüzar səfərdədir.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə,  Cenevrə Beynəlxalq Hava Limanında Milli Məclisin sədrini Azərbaycanın İsveçrədəki səfiri Fuad İsgəndərov, BMT-nin Cenevrə bölməsində və digər beynəlxalq təşkilatlar yanında Azərbaycanın daimi nümayəndəsi Qalib İsrafilov və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər çərçivəsində Sahibə Qafarova Parlamentlərarası İttifaqın 149-cu Assambleyasında iştirak edəcək, iştirakçı ölkələrin nümayəndə heyətlərinin rəhbərləri, digər rəsmi şəxslərlə görüşlər keçirəcək. Həmçinin, Azərbaycan parlamenti spikerinin Parlamentlərarası İttifaqın 149-cu Assambleyasında çıxışı gözlənilir.

Related posts

Prezidentdən nazirlə bağlı sərəncam

Prezident bu qanunlarda dəyişiklik etdi

Azərbaycan COP29-da intriqalara GETMƏDİ