Yadplanetlilərlə bağlı ŞOK XƏBƏR: Onların varlığı tezliklə AÇIQLANACAQ

Qeyd olunur ki, “yadplanetlilər məsələsində” alimlər maksimum ehtiyatlı davranırlar.

BBC və NASA tərəfindən maliyyələşdirilən layihələr üçün sənədli filmlər üzərində çalışmış, eyni zamanda aparıcı sənədçi olan və Yer üçün təhlükə yaradan asteroidləri izləyən komandaya rəhbərlik edən Saymon Holland, yadplanetlilərin varlığının yaxın həftələrdə rəsmi olaraq açıqlana biləcəyini söyləyib.

Ölkə.az lent.az-a istinadən xəbər verir ki, bu barədə “Daily Mail” yazır.

Hollandın sözlərinə görə, çinli alimlər də analoji kəşf ediblər və yerdən kənar kəşfiyyatın mövcudluğunu ilk elan edənlər ola bilərlər.

O, bəşəriyyətin bu barədə məlumatı Mark Zukerberqin dəstəklədiyi “Breakthrough Listen” özəl təşəbbüsü sayəsində əldə etdiyini izah edib. Bu proqramın məqsədi Yerdən kənarda yadplanetli sivilizasiyaların mövcudluğuna dair sübutlar axtarmaqdır. Hollanda görə, bu məlumatların açıqlanması qarşıdan gələn ABŞ seçkiləri ilə üst-üstə düşə bilər.

Holland iddia edir ki, astronomlar yerdən kənar mənbədən siqnalların ötürülməsinə dair sübutlar qeydə alıblar.

“Bir neçə il əvvəl Avstraliyadakı Parkes teleskopu insana aid olmayan texnoloji fəaliyyətin mövcudluğunu göstərən siqnallar aşkar edib”, – o vurğulayıb.

Bununla belə, professorun qeyd etdiyi kimi, başqa bir astronomlar komandası, o cümlədən çinli alimlər də oxşar məlumatlara malikdir və tarixi bəyanat vermək yarışında Holland komandasını keçə bilər. Çin tərəfi 500 metr diametrli dünyanın ən böyük FAST radioteleskopunu idarə edir ki, bu da ona tədqiqatlarda əhəmiyyətli üstünlük verir.

BLC-1 kimi tanınan obyekt siqnalların mənbəyi üçün aparıcı namizəddir. Məlumatları təhlil edən SETI proqramı beş potensial texnologiya imzasını müəyyən edib, lakin BLC-1 ən perspektivlisi kimi seçilir. Holland bu siqnalın heç bir məlum təbiət hadisəsinə bənzəmədiyini, onun xüsusiyyətlərinin süni mənşəli olduğunu vurğulayıb.

Saymon həmçinin xatırladıb ki, astronomlar keçmişdə – 1977-ci ildə məşhur “Wow!” kimi sirli radio siqnalları ilə qarşılaşıblar.

Bununla belə, alimlər yerüstü sivilizasiyanın mövcudluğu ilə bağlı rəsmi açıqlamalar verməzdən əvvəl son dərəcə ehtiyatlı davranırlar. Lakin Hollandın fikrincə, bu, yaxın gələcəkdə baş verə bilər və ya Breakthrough Listen komandası, ya da Çin alimləri bunu ilk elan edə bilərlər.

Related posts

Petrosyan Çingiz xanın sözlərini paylaşdı: İrəvanda təşviş…

Kreml: Vəziyyət çox gərgindir

Ağ Evdən Harrislə bağlı AÇIQLAMA