448
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) zamanı keçiriləcək ümumi tədbirlər çərçivəsində ölkəmizin qastronomiyasının təbliği ilə bağlı bir neçə layihə nəzərdə tutulub və hazırda bununla bağlı danışıqlar aparılır.
Bu sözləri jurnalistlərə açıqlamasında Dövlət Turizm Agentliyinin sədr müavini Azadə Hüseynova söyləyib.
“Artıq restoranlar üçün Dövlət Turizm Agentliyinin Milli Kulinariya Mərkəzi tərəfindən təlimlərin keçirilməsinə başlanılıb və xüsusi menyular tərtib olunub. Həm milli mətbəximiz, həm də veqan və vegetarian menyularla bağlı restoranları hazır etmək üçün işlər aparılır”, – deyə o diqqətə çatdırıb.