Parlamentdə Ziyafət Əsgərovun vəzifəsi ona həvalə EDİLDİ

Azərbaycanın NATO Parlament Assambleyasındakı nümayəndə heyətində dəyişiklik olub.

Yeni çağırışdan NATO Parlament Assambleyasındakı nümayəndə heyətinə Ramid Namazov rəhbərlik edəcək.

Nümayəndə heyətinin digər üzvləri isə Könül Nurullayev, Samir Vəliyevdir.

Qeyd edək ki, bundan əvvəl Ziyafət Əsgərov Azərbaycanın NATO PA-dakı nümayəndə heyətinin rəhbəri olub. O, yeni çağırışda Milli Məclis sədrinin müavini vəzifəsinə seçilib.

Keçmiş nümayəndə heyətində Siyavuş Novruzov, Məlahət İbrahimqızı, Kamran Bayramov və Elşən Musayev olub.

Related posts

Əminə Ərdoğan Bakı səfərindən maraqlı paylaşım etdi – VİDEO

Britaniyanın Baş naziri Bakı səfərindən PAYLAŞIM ETDİ

Prezidentlərin iştirakı ilə Xankəndidə fabrik AÇILDI