Tokayevdən İrəvan və Bakıya sülh platforması təklifi

Qazaxıstan bir daha Bakı və İrəvana sülh müqaviləsinin bağlanması üzrə danışıqlar üçün Almatıda platforma təklif etməyə hazırdır. 

Bunu Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin Astanada səfərdə olan Ermənistan prezidenti Vaaqn Xaçatryanla  görüşün yekunlarına dair mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

“Kasım-Jomart Tokayev Qazaxıstan tərəfinin Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bağlanması üzrə danışıqlar üçün Almatı platformasını təmin etməyə davam etməyə hazır olduğunu təsdiqləyib”, – deyə məlumatda bildirilir.

Related posts

İran səfiri Britaniya XİN-ə çağırıldı

Hadruta gələn iranlı general kimdir? – FOTO

Prezident Maya Sandu ilə görüşdü