144
İranın Şuştər sənaye şəhərciyində Neft Emalı Zavodunda partlayış olub.
Bu barədə Tasnim məlumat yayıb.
Hazırda yanğın davam edir. Bir nəfərin öldüyü bildirilir. İlkin məlumatlarda 4 nəfərin xəsarət aldığı bildirilsə də son məlumata əsasən, xəsarət alanların sayı 6 nəfərə çatıb. Onlardan iki nəfərinin bədəninin 80 faizi yanıb və onlar Əhvaza göndəriliblər. 6 ambulansdan əlavə avtobus da hadisə yerinə göndərilib.
Hadisəyə səbəb yanacaqla dolu maşının yanacaq çəninə çırpılması olub.