İranda Neft Emalı Zavodunda GÜCLÜ partlayış

İranın Şuştər sənaye şəhərciyində Neft Emalı Zavodunda partlayış olub. 

Bu barədə Tasnim məlumat yayıb.

Hazırda yanğın davam edir. Bir nəfərin öldüyü bildirilir. İlkin məlumatlarda 4 nəfərin xəsarət aldığı bildirilsə də son məlumata əsasən, xəsarət alanların sayı 6 nəfərə çatıb. Onlardan iki nəfərinin bədəninin 80 faizi yanıb və onlar Əhvaza göndəriliblər. 6 ambulansdan əlavə avtobus da hadisə yerinə göndərilib.

Hadisəyə səbəb yanacaqla dolu maşının yanacaq çəninə çırpılması olub.

 

Related posts

Salman Rüşdinin gözünü çıxarana cəza verildi

Güney Azərbaycanın iftixarı: Traktor rekord QIRDI – FOTOLAR

Məşhur “Chailab” restoranı 20 min cərimələnib – Aşpaz köməkçisi şikayət edib