Ceyhun Bayramov Türkiyəyə işgüzar səfərə yola düşüb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyəyə işgüzar səfərə yola düşüb.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Bildirilib ki, səfər çərçivəsində nazir C. Bayramov oktyabrın 18-də İstanbulda keçiriləcək “3+3” formatında görüşdə iştirak və çıxış edəcək.

Səfər zamanı, həmçinin ikitərəfli görüşlərin keçirilməsi planlaşdırılır.

Related posts

İran səfiri Britaniya XİN-ə çağırıldı

Hadruta gələn iranlı general kimdir? – FOTO

Prezident Maya Sandu ilə görüşdü