Fetullah Gülenin yerinə onlar gələ bilər – SİYAHI

Fətullah Gülenin ölümündən sonra FETÖ-də yeni liderlik savaşı

FETÖ başçısı Fətullah Gülenin ölümündən sonra terror təşkilatında nələrin baş verəcəyi maraq doğurur.

Pulu kimin idarə edəcəyinə qərar verə bilməyən təşkilatın dağılmaq üzrə olduğu bildirilir.
Qeyd olunur ki, geriyə həm də çox sayda daşınmaz əmlak qalıb.

CNN-in canlı yayımında məsələni şərh edən aparıcı Hande Fırat bildirib ki, təşkilatın ləğvi məsələsi gündəmə gələ bilər:

“Təkcə Afrikadakı məktəblərdən illik 200-250 milyon dollar pul axını var. Ona görə də ABŞ və Avropa komandaları bu pula nəzarət etmək üçün öz aralarında ciddi mübarizə aparırlar. Bu mübarizənin hansı həddə çatacağını görəcəyik. Həm Avropa, həm də ABŞ komandası rəhbərliyi öz üzərinə götürmək istəyir. Bu təşkilatın ipləri ABŞ və bir çox kəşfiyyat orqanlarının əlindədir. Sözügedən kəşfiyyat təşkilatları, Gülənin illərdir qonaq olduğu ABŞ təşkilata kimin rəhbərlik edəcəyinə qərar verəcək. Hər bir terror təşkilatının istifadə müddəti var və həmin istifadə müddəti bitibsə, təşkilat ABŞ tərəfindən ləğv edilə bilər. Bu, mübarizə davam edərsə və kimisə təyin etməsələr, mübahisənin getdikcə böyüyəcəyi göz qabağındadır”.

F.Gülenin yerinə kimin keçcəyinə ABŞ-nin qərar verəcəyi deyilsə də, artıq bir neçə namizədin adı səsləndirilir. Bu adlardan birincisinin terror təşkilatının yüksək səviyyəli idarəçilərindən Mustafa Özcan olduğu iddia edilir. O, təşkilatın İstanbul və Balkan lkələrindəki “imamı”, daha sonra xüsusi xidmətlər çərçivəsində Hava Qüvvələri Komandanlığının “özəl imamı” vəzifələrində çalışıb.

F.Gülenden sonra təşkilatda ən təsirli ikinci şəxs kimi adı çəkilir. O, F.Gülenin “təşkilat üzərindəki kölgəsi” adlandırılır. M.Özcanın əsas fəaliyyəti təşkilatın digər ölkələrdən də əldə edilən çirkli plların yuyulmasından ibarətdir.
Onun eyni zamanda FETÖ-nün tələ əməliyyatları üzrə əsas məsul adamı, həmçinin təşkilat daxilində “təyinat”larla məşğul olduğu qeyd edilir. Yəni M.Özcan təşkilatın üzvlərinin foto və video və digər məlumatları əldə edərək arxivləşdirir və lazım gəldikdə onlara qarşı istifadə edir. Ona qarşı olan  FETÖ üzvlərinin ayağının altını qazdığı da məlumdur.

Digər namizəd isə Gülənin sirdaşı kimi tanınan İsmayıl Büyükçelebidir. FETÖ-də uzun illər ən yüksək səviyyədə “imam”ı kimi fəaliyyət göstərən Büyükçelebi təşkilatda “Böyük Qardaş” kimi tanınır.

Terrora görə axtarışda olanlar siyahısındakı M.Özcan və İ. Büyükçelebi qırmızı bülletenlə axtarışdadır. Onların hər iksinin başına ayrı-ayrılıqda 10 milyon lirə mükafat qoyulub.

Bu adlardan başqa Cevdet Türkyolu və Osman Şimşək adları da çəkilir.

C.Türkyolunun F.Gülenin katibi olduğu və eyni zamanda təşkilata aid sərvətin böyük bir hissəsini nəzarət altında saxladığı deyilir. Məlumata görə F.Gülenin qohumu ilə evli olan Ləqəbi “uzun Cevdet”olan bu şəxs F.Gülene ən yaxın şəxslərdənhesab edilirdi. Digər təşkilat üzvlərinin ondan çəkindiyi bildirilir. Məlumata görə, F.Gülenin xəstə oluğu dövrdə birbaşa ona qulluq göəstərib. C.Türkyolunun  FETÖ daxilində xaosun qarşısını almaq üçün Gülenin uzun müddət sağlam görünməsi məqsədilə ona dərmanlar verdiyi də məlumatlıar arasındadır.

Onun O.Şimşəklə (təşkilatın sosial şəbəkə hesablarından məsul şəxs)  2021-ci ildə bir-birinə yumruq vuraraq mübahisə etdiyi həmin dövrlər xeyli danışılmışdı. Buna səbəb kimi isə C.Türkyolunun təşkilata aid 30 milyard dolları öz mənfəəti üçün xərcləməsinə dair üzə çıxan məktub olduğu bildirilir.  Onun Türkiyənin 4 ayrı şəhərində 39 mülkünün, Pensilvaniya və Florita ştatlarında onun ailəsi adına qiyməti təxminən 100-450 min dollar aralığında olan 7 mənzili var.

FETÖ rəhbərliyinə namizədlər arasında adı hallanan digər bir şəxs isə təşkilatın kütləvi informasiya vasitələrin üzrə məsul şəxsi Ekrem Dumanlıdır.

Haber Global-ın məlumatına görə, F.Gülenin uzun müddətdir xəstə olması, psixi baxımdan qeyri-sabit əziyyətdə olmasına görə, təşkilat daxilində mübahisələr, xüsusilə də pul davası çoxdan yaranıb və get-gedə böyüyür. Təşkilatın yaradılmasından bəri orada olan Abdullah Aymaz isə FETÖ-nün Avropa üzrə məsul şəxsi kimi fəaliyyətə başlayıb. Onun M.Özcan və C.Türkyolunu Avropa qolunu təşkilatdan ayrımaqla hədələdiyi deyilir. Bu da təşkilat üzvlərinin daxildə bir-birlərinə qarşı sui-qəsdlər təşkil edə biləcəyi barədə söz-söhbətlərə səbəb olub.

Mənbə: haberler.com
Haber Global

Billurə

 

 

Related posts

Di Kaprionun kaprizi – 50 yaşını dar dairədə keçirib, şəkil çəkilməsini yasaqlayıb

3 ayda dünyada 166 milyard dollarlıq çip satılıb

HEYDƏRDƏN-HEYDƏRƏ, ZİRVƏYƏ DOĞRU!