Ana səhifə XəbərlərMünaqişə “İsrail İrana hücum etsə, dünyada…” – ŞOK AÇIQLAMA

“İsrail İrana hücum etsə, dünyada…” – ŞOK AÇIQLAMA

admin

“İsrail İrana hücum edərsə, dünya enerji qiymətlərində ciddi artımlar olar, hətta neftin qiymətinin 200 dolları ötməsi mümkün ehtimallardandır.  Bu isə enerji bazarında qeyri-sabitlik yaradaraq digər sahələrdə də ciddi fəsadlar yarada bilər. Regional xarici investisiyaların kəskin azalmasına, bu isə infrastruktur layihələrinin dayandırılmasına səbəb olar”.

Bu fikirləri Musavat.com-a iqtisadçı Eldəniz Əmirov bildirib.

O əlavə edib ki, münaqişə dəhliz infrastrukturlarının və təhcizat zəngirinin tamlığını sıradan çıxarar:

“Logistik xərcləri artirar. İstehsal xərclərini kəskin artırar. Bütün bunlar isə qlobal səviyyədə infilyasiyanı cilovlamaq cəhdlərini səmərəsiz hala gətirər. Proqnoz edilməyən qiymət sıçrayışları baş verə bilər. Bu isə qlobal maliyyə bazarlarına təsirsiz ötüşməz və  nəticədə iqtisadi gərginlik artar. Bu isə sosial gərginliyi pik həddə çatdırar. Bu zaman bir tərəfdən də idarə olunmaz miqrasiya problemləri vüsət alar.

Nəticədə, Yaxın və Orta Şərqdə idarə olunan xaos, idarə olunmaz formaya keçə bilər. Buna görə də İsrailin İrana hücum etməsinə ABŞ-ın imkan verməyəcəyini düşünürəm”.

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00