424
Bu günə qədər heç bir kral ailəsi üzvünün üzərində dünyanın ən tanınmış brendinin geyimləri görünməyib. Onlar öz libasları ilə müxtəlif brendləri reklam eləməyi sevmirlər.
Kral ailələri sakit dəbdəbəyə daha çox üstünlük verirlər. Bəs onlar üçün geyimləri kim hazırlayır?
Kral ailələrini geyindirən brendin adı “Moynat”dır. “Moynat” Fransanın moda evidir. Ən alicənab brend sayılan “Moynat” kral ailələri üçün yalnız xüsusi sifarişlər əsasında məhsullar istehsal edir və onun məhsulları heç bir yerdə satışa çıxarılmır.
Bu brendin məhsullarının surətinin hazırlanması qanunla qadağan edilib. “Moynat”n əsas devizi minimalizm, yüksək keyfiyyət, alicənab görüntüdür. Brend geyimlərlə yanaşı çantalar, ayaqqabılar və aksessuarlar istehsal edir.