Ana səhifə XəbərlərSiyasət Milli Məclisdə Avropa Parlamentinə etiraz

Milli Məclisdə Avropa Parlamentinə etiraz

admin

Milli Məclisin növbəti plenar iclası öz işinə başlayıb.

İclasda çıxış edən deputat Tural Gəncəliyev bildirdi ki, bu gün Avropa Parlamentində Azərbaycanla bağlı guya “ermənilərin hüquqlarının pozulması, Azərbaycanda insan azadlıqlarının vəziyyəti” adlı dinləmələr keçirilir.

Bunu qəbulolunmaz sayan T. Gəncəliyev söylədi ki, Milli Məclisdə Qərbi Azərbaycanla bağlı təşəbbüs qrupunun yaradılması təqdirəlayiq haldır.

Deputat qeyd etdi ki, əslində Qərbi Azərbaycanlıların hüquqları müzakirə mövzusu olmalıdır. “Məhz Avropa Parlamenti Ermənistandan tələb etməlidir ki, Azərbaycana vurulmuş zərəri ödəməyin vaxtıdır”, deyən T. Gəncəliyev vurğuladı ki, vaxtilə Almaniyanın qarşısında vurduğu ziyanın ödənilməsi barədə tələb qoyulmuşdu.

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00