98
Polşanın keçmiş xarici işlər naziri Radoslav Sikorski Almaniyadan İkinci Dünya Müharibəsi zamanı vurulan zərər üçün təzminat tələb etməyin gündəmdə olmadığını bildirib.
Sikorski TVP Info kanalında çıxışında qeyd edib ki, söhbət təzminatdan yox, almanların bizə etdikləri əməllərə görə mənəvi məsuliyyət hiss etdiklərinin görünən bir əlamətindən gedir.
Onun sözlərinə görə, Almaniya hökuməti nasist işğalının hələ sağ qalan şahidlərinə qayğı göstərməli və həmin hadisələrin xatirəsinə Berlində memorial tikməlidir.