Lənkərandakı tarixi qala bərpa ediləcək

Lənkəran şəhərində yerləşən Dairəvi qala bərpa ediləcək.

Bu barədə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, hazırda bərpa prosesi ilə bağlı layihə-smeta sənədləri hazırlanır.

Xatırladaq ki, Zindan qalası kimi tanınan Dairəvi qala — XVIII əsrdə tikilmiş Lənkəran qalasının bir hissəsidir. Qalanın oxşarı olan ikinci tikili Lənkəran mayakıdır. Bu iki qala ümumi Lənkəran qala sisteminin iki tərəfdən dayaq məntəqəsi rolunu oynayıblar.

Related posts

Prezidentlə xanımı Ağdam Muğam Mərkəzinin açılışında

Yasamal rayon MKS-nin Mərkəzi Kitabxanasında Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbir keçirilib

Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş “Ruh-ül-ərvah” bədii konsert proqramı təqdim olunub VİDEO