Əli Əsədov Cevdet Yılmaza məktub ünvanladı

Baş nazir Əli Əsədov Türkiyənin milli bayramı – Respublika Günü münasibətilə Türkiyənin vitse-prezidenti Cevdet Yılmaza təbrik məktubu ünvanlayıb.

Bu barədə  Nazirlər Kabinetindən məlumat verilib.

Bildirilib ki, məktubda Türkiyənin gündən-günə güclənən, sürətlə inkişaf edən, beynəlxalq aləmdə söz sahibi olan ən qüdrətli ölkələrdən birinə çevrildiyi bildirilib, qardaş ölkə olaraq Azərbaycanın Türkiyənin qazandığı uğurlara, onun dünyada artan nüfuzuna sevindiyi və bundan qürur duyduğu vurğulanıb.

Qeyd edilib ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamı xalqlarımızın qardaşlığını, birliyini, həmrəyliyini ifadə etməklə yanaşı, ikitərəfli münasibətlərimizin əsl mahiyyətini əks etdirir.

Dövlət başçıları İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın birgə səyləri nəticəsində Azərbaycan və Türkiyənin bu gün dünya miqyasında bir-birinə ən yaxın olan ölkələr olduğu vurğulanıb.

Şuşa Bəyannaməsi ilə müttəfiqlik zirvəsinə ucalmış Azərbaycan-Türkiyə münasibətlərinin bundan sonra da yüksələn xətlə və uğurla inkişaf edəcəyinə əminlik ifadə olunub.

Related posts

Əminə Ərdoğan Bakı səfərindən maraqlı paylaşım etdi – VİDEO

Britaniyanın Baş naziri Bakı səfərindən PAYLAŞIM ETDİ

Prezidentlərin iştirakı ilə Xankəndidə fabrik AÇILDI