İraqda Məhəmməd Füzulinin adını daşıyan məktəbin açılışı olub

İraqın Kərkük şəhərində dahi Azərbaycan şairi Məhəmməd Füzulinin adını daşıyan məktəbin açılışı olub.

Bu barədə Azərbaycanın İraqdakı səfiri Nəsir Məmmədov “X” hesabında məlumat yayıb.

“Bu gün Kərkük şəhərində yerləşən dahi Azərbaycan şairi Məhəmməd Füzuli adına ibtidai məktəbin açılış mərasimində iştirak etdik. Qeyd edək ki, M.Füzuli adına ibtidai məktəbdə Azərbaycan dövlətinin maliyyə vəsaiti hesabına əsaslı təmir və yenidənqurma işləri görülmüşdür”, – səfir qeyd edib.

Related posts

Prezidentlə xanımı Ağdam Muğam Mərkəzinin açılışında

Yasamal rayon MKS-nin Mərkəzi Kitabxanasında Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbir keçirilib

Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş “Ruh-ül-ərvah” bədii konsert proqramı təqdim olunub VİDEO