Putinin Trampı qələbə münasibətilə təbrik etmək fikri yoxdur. Söhbət həm bilavasitə, həm də dolayısı ilə Rusiyaya qarşı müharibədə iştirak edən dost olmayan ölkədən gedir,
Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Rusiya prezidenti Vladimir Putin respublikaçı Donald Trampı prezident seçkilərində qələbəsi münasibətilə təbrik etməyi planlaşdırmır.
Mən prezidentin Trampı seçki münasibətilə təbrik etmək planlarından xəbərsizəm. Unutmayaq ki, söhbət həm birbaşa, həm də dolayısı ilə dövlətimizə qarşı müharibədə iştirak edən dost olmayan ölkədən gedir”, – deyə o, əlavə edib.
Qeyd edək ki, ABŞ-də Respublikaçıların prezidentliyə namizədi Donald Tramp nümayəndələrin 277 səsini alaraq, Amerika Birləşmiş Ştatlarının 47-ci prezidenti seçilib.