ABŞ-də seçkilərin qeyri-rəsmi nəticələri Kamala Harrisin tərəfdarlarını göz yaşlarına boğub. ABŞ mediası artıq Donald Trampın qalib gəlmə şansının 95 faiz olduğunu açıqlayıb. Bu arada, Harrisin kampaniya komandasına nəticələrlə elektron məktub göndərilib.
Səsvermənin nəticələri açıqlanamağa davam etdiyi bir zamanda ABŞ-nin ən nüfuzlu media orqanlarından olan “New York Times” Respublikaçı namizəd Donald Trampın 95 faiz qalib gəlmə şansının olduğunu açıqlayıb.
Hazırda Tramp 246, Harris isə 210 nümayəndə qazanıb. 270-ə çatan seçkidə qalib elan olunacaq.
“New York Times”in yazdığına görə, bütün seçki qutularında səslər hesablandıqdan sonra Trampın 300-dən çox nümayəndəsinin qalib gələcəyi iddia edilib.
Tramp Pensilvaniya və Miçiqan kimi yüksək nümayəndə sayına malik ştatların hər ikisində qalib gəlsə, seçkini qazanmış olacaq.
Hovard Universitetinin qarşısında Kamala Harrisin seçki prosesini həvəslə izləyən izdihamda artıq pərişanlıq hökm sürməkdədir. ABŞ-də “ilk qadın prezidentini” görmək istəyənlər məğlubiyyətə uğradıqlarından göz yaşlarına hakim ola bilmirlər.
Kamala Harrisin təşviqat qrupu tərəfdarlarına müraciət edərək evlərinə getməyi tövsiyə edib. Müraciətdə “Evinizə gedin və yatın”, “Mübarizəni davam etdirəcəyik” deyilib.
Digər tərəfdən, Harrisin bu gün çıxış etməyəcəyi və yekun nəticələri gözləyəcəyi bildirilib.