Təcili yardım maşını qəzaya uğradı: Xəsarət alanların SON DURUMU açıqlandı

“Noyabrın 6-da saat 15 radələrində Qusar rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 3 təcili tibbi yardım personalı Qusar Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub”.

Bu məlumat  cavab olaraq Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) verilib.

Onlardan avtomobilin sürücüsü olan 1980-ci il təvəllüdlü şəxsə (kişi cinsi) döş qəfəsi və bel nahiyəsinin əzilməsi, 1983-cü il təvəllüdlü tibb bacısı və 1988-ci il təvəllüdlü feldşerə (qadın cinsli) isə qapalı kəllə-beyin travması diaqnozları təyin olunub.

Yaralılara zəruri ilkin tibbi yardım göstərilib və Cərrahiyyə şöbəsinə yerləşdiriliblər. Hazırda stasionar şəraitdə müalicələri davam etdirilir və vəziyyətləri orta-ağır stabil olaraq qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Related posts

Azərbaycanda tanınmış iş adamının ölkədən çıxışına qadağa qoyulur

AŞPA-nın keçmiş vəzifəlisi öldü

Sabiq nazirin oğlu: 400 minlik yeyintidən xəbərim olmayıb