Yeni dələduzluq növü yayılıb? – Polis XƏBƏRDARLIQ ETDİ

Son günlər yeni dələduzluq növünün yayıldığı bildirilir.

Vətəndaşlara telefonla zəng olunaraq, “peyvənd olunmusunuzsa, 1 düyməsini seçin”, – deyə xahiş edilir.

İddialara görə, telefon dərhal bloklanır.

Məsələ ilə bağlı Daxili işlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin bölmə rəisi Nurlan Əliyev Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, saxta bildirişdir, hər hansı inzibati əsası yoxdur:

“Ümumiyyətlə belə hal yoxdur, polisə hər hansı məlumat daxil olmayıb. Tövsiyə edirik ki, bu kimi saxta bildirişlər oxunmadan bloklanmalıdır”.

Related posts

İranda üç türk zindanda edam edildi

Azərbaycanda “Kərimə dövləti” qurmaq istəyənlərə hökm oxundu

Ermənistanda hərbi maşın qəzaya düşdü: 1 ölü, 3 yaralı